logo

"Azərsun"dakı yanğının söndürülməsinə polislər də cəlb edilib

21:13 28-04-2022 | icon 1610
"Azərsun"dakı yanğının söndürülməsinə polislər də cəlb edilib

Bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib. Yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olublar.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

“Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsi təmin edilib. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir”, - deyə məlumatda qeyd edilir.