logo

Paytaxtın mərkəzi  küçələrindən biri  əsaslı təmirə başlanılıb

16:11 28-04-2022 | icon 1505
Paytaxtın mərkəzi  küçələrindən biri  əsaslı təmirə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakının Nəsimi rayonunda 1 440 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Agentlikdən bildirilib. Qeyd edilib ki, eni 10 metr olan küçədə zəruri yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılır.

Bu istiqamətdə 1200 p/metr uzunluğunda köhnə səki daşları 1700 p/metr yenisi ilə əvəzlənib.

Ardıcıllığa uyğun olaraq təmir işləri çərçivəsində küçə boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınması, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin bərpası nəzərdə tutulub.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin, piyada zolaqlarının çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.