İrandan Azərbaycana 50 kq-dək narkotika keçirmək istədilər
Dövlət sərhədinin etibarlı mühafizəsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlər Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən təxmini çəkisi 49 kiloqram 555 qram olan narkotik vasitənin, 3000 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, aprelin 25-də saat 17:35 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı iki nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamaları yerə ataraq ərazinin dağlıq və sıx kolluq olmasından istifadə edərək geri qaçıblar. Ərazidə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aşkarlanmış 5 ədəd mavi rəngli bağlamanın içərisindən ümumi çəkisi 32 kiloqram 945 qram narkotik vasitəyə (30 kiloqram 935 qram marixuana, 2 kiloqram 10 qram tiryək) bənzər maddələr və psixotrop tərkibli 3000 ədəd “metadon-40” dərman preparatı olan həblər aşkarlanaraq götürülüb.
Aprelin 27-də saat 00:50 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığında “Feyxoa bağları” adlanan ərazidə yerləşən istifadə olunmayan yarımtikiliyə bir nəfərin ətrafı müşahidə edərək yaxınlaşması və içərisindən bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Onun Astara rayonunun Məçitməhəllə kənd sakini 1990-cı il təvəllüdlü Yusifov Nazim Tofiq oğlu olması müəyyənləşdirilib.
Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 16 kiloqram 610 qram narkotik vasitəyə (12 kiloqram 375 qram heroin, 3 kiloqram 5 qram tiryək, 725 qram metamfetamin və 505 qram marixuana) bənzər maddələr aşkarlanaraq götürülüb.
Faktlarla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb