logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

10:50 28-04-2022 | icon 1540
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 61 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 102 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, üç nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.