logo

Paytaxtda “Chevrolet” yol kənarında dayanan iki piyadanı vurub öldürdü

11:55 27-04-2022 | icon 1407
Paytaxtda “Chevrolet” yol kənarında dayanan iki piyadanı vurub öldürdü

Aprelin 27-də saat 3 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Əsədzadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarında dayanan Səyavuş Cəfərovu və Emil Qurbanovu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində hər iki piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.