logo

Bakıda avtomobil ana və 8 aylıq körpəsini vurub

23:13 26-04-2022 | icon 1407
Bakıda avtomobil ana və 8 aylıq körpəsini vurub

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki,  hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Sadıqova Günay Əsgər qızı və onun 8 aylıq körpəsini vurub.

Ağır xəsarətlər alan yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı G.Sadıqovaya sağ baldır sümüklərinin yerdəyişən sınığı, körpəyə isə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.