logo

Moskvada Vladimir Putinlə BMT-nin baş katibinin görüşü başlayıb

20:30 26-04-2022 | icon 1918
Moskvada Vladimir Putinlə BMT-nin baş katibinin görüşü başlayıb

Moskvada Rusiya prezidenti Vladimir Putin və BMT-nin baş katibi Antonio Quterreş arasında görüş keçirilir.

YeniAvropa xəbər verir ki, Kremlin məlumatına görə, tərəflər Ukrayna böhranını, o cümlədən Mariupol və “Azovstal”da vəziyyəti müzakirə edəcəklər.

Sonuncu dəfə BMT-nin baş katibi Moskvaya ötən ilin mayında gəlib. Budəfəki səfərindən əvvəl o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.