logo

Motosiklet sürücüsünü döyən Prezident Administrasiyasının İşlər İdarəsinin əməkdaşı çıxdı

09:59 26-04-2022 | icon 1897
Motosiklet sürücüsünü döyən Prezident Administrasiyasının İşlər İdarəsinin əməkdaşı çıxdı

Sosial şəbəkələrdə motosiklet sürücüsünü döyüb təhqir edən, 10 VX 707 nömrəli “Lexus” avtomobilinin sahibi, 1959-cu il təvəllüdlü məmur Sultan Dadaşovun yaxından çəkilmiş fotosu yayılıb.

YeniAvropa xəbər verir ki,  Sultan Dadaşovla bağlı yayılan məlumatlarda onun Prezident Administrasiyasının İşlər İdarəsinin əməkdaşı olduğu bildirilir.

O da qeyd olunur ki, Sultan Tofiq oğlu Dadaşov həm də "ARPİA" adlı Mənzil Tikinti Kooperativinin sahibidir.

Xatırladaq ki, Sultan Dadaşov ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törətməklə gündəmə gəlib. Hadisəni əks etdirən video sosial şəbəkələrdə böyük rezonans doğurub, geniş ictimai müzakirələrə səbəb olub.

İctimaiyyət törətdiyi xuliqanlıq əməlindən sonra onun tutduğu vəzifədən azad olunacağı gözlənilir. 

Hələlik hadisəyə yalınız Daxili İşlər Nazirliyi reaksiya bildirib və araşdırmadan sonra geniş açıqlama veriləcəyini bildirib.