logo

Bakıda "Lexus" sahibi motosiklet sürücüsünü döydü-VİDEO

23:13 25-04-2022 | icon 1652
Bakıda "Lexus" sahibi motosiklet sürücüsünü döydü-VİDEO

Bakıda Mətbuat prospektində “Lexus” markalı avtomobilin sürücüsünün motosikletçini döyməsi ətrafda olanların və sosial şəbəkə izləyicilərinin ciddi narazılığına səbəb olub.

YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib.

Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: "Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, "Lexus"un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.

Murad Salman adlı motosiklet sürücüsü ona yol verməyən "Lexus" sahibinə ani reaksiya verib.

Avtomobildən düşən şəxs M.Salmanı təhqir edərək onu döyüb.

Motosiklet sürücüsü bununla bağlı aidiyyatı qurumlara müraciət etdiyini bildirib.