logo

BMT-nin Baş katibi Türkiyəyə səfərə gəlib

21:11 25-04-2022 | icon 2065
BMT-nin Baş katibi Türkiyəyə səfərə gəlib

BMT-nin baş katibi Antonio Quterreş aprelin 25-də Türkiyəyə səfərə gəlib.

 YeniAvropa xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin baş katibi Antonio Quterreş Ankarada görüşüblər.

Mətbuata qapalı keçirilən görüş barədə rəsmi məlumatda bildirilir ki, baş katib Antonio Quterreş Ankara səfərinin ardından Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.