logo

Məhərrəmlik nə vaxt başlayır?

12:52 25-04-2022 | icon 2254
Məhərrəmlik nə vaxt başlayır?

Bu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən(QMİ) məlumat verilib. Bildirilib ki,  Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayının ilk günüdür.

Qeyd edək ki, Hicri-qəməri təqvimi ilə yeni il Məhərrəm ayı ilə başlayır. Bu il iyulun 29-da 1443-cü il başa çatır, iyulun 30-da yeni, 1444-cü il başlayır.

Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 8-nə təsadüf edəcək.

Hər il olduğu kimi , bu il də Aşura günündə ənənəvi qanvermə aksiyaları keçiriləcək.

Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.

Xatırladaq ki, Hicri təqviminin ilk iki ayında(Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.

Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.