logo

Azərbaycanda daha 19 nəfər koronavirusa yoluxdu

17:57 23-04-2022 | icon 1638
Azərbaycanda daha 19 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 19 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 634 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 135 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 403, bu günə qədər isə ümumilikdə 6 milyon 792 min 132 test icra olunub.