logo

Kürdəmirdə "Toyota" ağır avtoqəza tərətdi: ər-arvar öldü

15:20 23-04-2022 | icon 1561
Kürdəmirdə "Toyota" ağır avtoqəza tərətdi: ər-arvar öldü

Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 YeniAvropa xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı-Qazax yolunun 204-cü kilometrində, rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü, Bakı sakini, 1961-ci il təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu paytaxt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü Pərviz Qafarov və avtomobildə olan həyat yoldaşı, 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızı hadisə yerində ölüblər. Onların cəsədləri müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.