Paytaxtda mütəşəkkil dəstənin üzvləri yaxalanıblar
Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan, yaşadığı evdə qanunsuz odlu silah-sursat saxlayan, həmçinin hədə-qorxu ilə tələb etmə və çoxsaylı oğurluq cinayətləri törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış və 3-cü Polis şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsindəki “Südçülük sovxozu” adlanan ərazidə yaşayan şəxs - əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Anar İsmayılov və onun başçılıq etdiyi dəstənin üzvləri tutularaq istintaqa təqdim ediliblər. Dəstə başçısı Anar İsmayılovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı satış məqsədilə əldə etdiyi 1 kiloqramdan artıq heroin, F-1 əl qumbarası, “Lankaster” markalı tüfəng, “Makarov” konstruksiyalı tapança və 25 patron aşkarlanıb. Onunla birlikdə saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilən dəstə üzvləri Etibar Quliyev, Ceyhun Əhədzadə, Elvin Hacıyev, Həmid İsmayılov və Sənan Tahirovun üzərindən də müxtəlif növ narkotik maddə aşkar edilib.
Araşdırma zamanı dəstə üzvlərinin paytaxtın Xəzər, Suraxanı və digər rayonlarında çoxlu sayda oğurluq cinayətləri törətdikləri məlum olub. Həmçinin onların Anar İsmayılovun tapşırığı ilə ticarətlə məşğul olan müxtəlif şəxslərə hədə-qorxu gələrək zərərçəkənlərdən qanunsuz olaraq pul tələb etdikləri müəyyənləşdirilib.
Saxlanılan şəxslər barəsində 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Anar İsmayılovun və dəstənin digər üzvləri barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə Cinayət İşi başlanılıb. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların digər cinayət əlaqələrinin aşkarlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Dəstə üzvlərinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, 102 - Xidməti Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Neftin 1 barelinin qiyməti 360 dollara qalxa bilər-"Bloomberq"
Zakir Həsənov xidməti müşavirə keçiib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan nefti 125,30 dollara satılır
Azərbaycan polisi 104 yaşında!
İranda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
Göygöldə ağır avtoqəza: 1 ailənin 4 üzvü öldü
ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir-Səfir
Türk dövlətlərinin təhlükəsizlik şuralarının katiblərinin görüşü olub
Türkiyə və Ermənistan normallaşma prosesinə dair bəzi razılıqlara gəliblər
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib
İranın İslam Şurası Məclisi sədrinin müavini Milli Məclisdə olub
İyulda Bakıda 41°, bəzi bölgələrdə isə 43° isti olacağı proqnozlaşdırılır
Ərdoğan:Finlandiya və İsveçin davranışlarına əsasən geri addım da ata bilərik
Ceyhun Bayramov İordaniya Senatının sədri ilə görüşüb
İran Azərbaycanla sərhədləri bağlamayıb-Səfirlik təkzib etdi
Sinoptiklərdən güclü külək və yağış xəbərdarlığı
Rusiya aviaşirkətlərinə məxsus 77 təyyarə xarici ölkələrdə saxlanılıır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 854 min nəfəri ötür
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxub
Qurban bayramının tarixi açıqlanıb
Gəncə şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib
Bakıda Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
39 xəbər saytı MEDİA-dan maliyyə yardımı alacaq