logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

11:55 23-04-2022 | icon 1554
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 66 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.