logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 336 min nəfəri ötür

17:57 21-04-2022 | icon 2835
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 336 min nəfəri ötür

Aprelin 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 5 min 854 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 608, ikinci doza vaksinlərin sayı - 313, üç və daha çox doza vaksinlərin sayı – 4 min 579, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 354-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 614 min 545, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 336 min 229, ikinci mərhələ üzrə 4 milyon 837 min 732, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 202 min 881, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 237 min 703-dür.