logo

Sabah Bakıda 19° isti olacaq

12:52 21-04-2022 | icon 1659
Sabah Bakıda 19° isti olacaq

Azərbaycanda aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12°, gündüz 16-19° isti, Bakıda gecə 10-12°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13°, gündüz 22-27° isti, dağlarda gecə 1-6°, gündüz 10-15° isti olacaq.