logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 335 min nəfəri ötür

19:33 20-04-2022 | icon 2765
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 335 min nəfəri ötür

Aprelin 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 6 min 332 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 500, ikinci doza vaksinlərin sayı - 399, üç və daha çox doza vaksinlərin sayı – 5 min 48, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 385-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 608 min 691, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 335 min 621, ikinci mərhələ üzrə 4 milyon 837 min 419, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 198 min 302, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 237 min 349 -dur.