logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 837 min nəfəri ötür

20:50 19-04-2022 | icon 2975
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 837 min nəfəri ötür

Aprelin 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 7 min 117 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 627, ikinci doza vaksinlərin sayı - 525, üç və daha çox doza vaksinlərin sayı – 5 min 552, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 413-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 602 min 359, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 335 min 121, ikinci mərhələ üzrə 4 milyon 837 min 20, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 193 min 254, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 236 min 964-dür.