logo

Azərbaycanda daha 26 nəfər koronavirusa yoluxub

20:20 19-04-2022 | icon 2814
Azərbaycanda daha 26 nəfər koronavirusa yoluxub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 26 yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,indiyədək ölkədə ümumilikdə 792 min 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 572 nəfər müalicə olunaraq sağalıb, 9 min 706 nəfər vəfat edib. Aktiv xəstə sayı 113 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 553, bu günə qədər isə ümumilikdə 6 milyon 776 min 404 test icra olunub.