logo

Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxdu

18:18 18-04-2022 | icon 3038
Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,indiyədək ölkədə ümumilikdə 792 min 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 533 nəfər müalicə olunaraq sağalıb, 9 min 706 nəfər vəfat edib. Aktiv xəstə sayı 126 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 954, bu günə qədər isə ümumilikdə 6 milyon 771 min 851 test icra olunub.