logo

Lənkəranda 19 yaçlı gənc fəhlə işlıdiyi fermanın sahibini bıcaqladı

17:36 18-04-2022 | icon 1526
Lənkəranda 19 yaçlı gənc fəhlə işlıdiyi fermanın sahibini bıcaqladı

Gecə saatlarında Lənkəranın Separadi kəndində yerləşən fermalardan birində bıçaqlanma hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Lənkəran şəhər rayon Polis Şöbəsindən məlumat verilib. Bildirilib ki, rayonun Tükəvilə kənd sakini, 19 yaşlı Firqət Ağazadə gecə saatlarında Lənkəran rayonunun Separadi kənd sakini, 28 yaşlı Valeh Məmmədova məxsus fermaya gəlib. Aralarında olan mübahisə zəminində Firqət Ağazadə Valeh Məmmədov və onun 65 yaşlı anası Cəvahir Məmmədovaya bıçaqla xəsarətlər yetirib. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Firqət Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Faktı törətmiş Firqət Ağazadə özü də hadisə zamanı xəsarət alıb. Qeyd edək ki, Firqət Ağazadə daha əvvəl Valeh Məmmədovun fermasında iki gün fəhlə işləyib. Onun hansı səbəbdən belə bir addım atdığı hələlik dəqiq deyil. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.