DİN: Polis heç vaxt əhalinin cərimələnməsində maraqlı olmayıb
Son günlər bəzi sosial şəbəkə istifadəçiləri artıq iki ildən çox davam edən pandemiya ilə mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının tibbi maskadan istifadə etməyən şəxslər barədə inzibati protokollar tərtib etmələrinin əsassız olmasını müzakirə edir, postlar paylaşırlar.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov ictimaiyyət və media nümayəndələrindən daxil olan suallara cavab verərək deyib: “Bir daha vurğulamaq istərdim ki, bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası hələ də aktivdir və ona görə də bu qorxunc xəstəliklə mübarizə bu gün də davam edir. O da danılmaz faktdır ki, hazırda COVID-19 virusuna yoluxanların və bu virusdan vəfat edənlərin sayında müşahidə olunan kəskin azalma elə məhz həkimlərin və polis əməkdaşlarının fasiləsiz, əzmkar fəaliyyətlərinin nəticəsində olub.
Nazirlər Kabineti yanında Operativ Qərargah bu sahədəki vəziyyətlə bağlı mütəmadi məlumatlar yayır və aradan qaldırılan, eləcə də qüvvədə olan qadağaları elan edir. Qərara əsasən vətəndaşların qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmələri hələ ki mütləqdir. Operativ Qərargahın qəbul etdiyi bu qərarların icrası, nəzarəti isə polis əməkdaşları tərəfindən təmin edilir. Polis əməkdaşları tərəfindən Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərarların icrası həmişə olduğu kimi bundan sonra da davam ediləcək. İki ildən artıq müddətdə nəzarət və profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları heç vaxt əhalinin cərimələnməsində maraqlı olmayıb və hazırda da maraqlı deyillər. Onlar daha çox xəbərdarlıqlara və profilaktikaya üstünlük verirlər. Danılmaz həqiqətdir ki, gün ərzində maskadan istifadə etməyən yüzlərlə insanın çox az qisminə qarşı protokol tərtib edilirsə, qalan böyük əksəriyyətinə şifahi xəbərdarlıq edilməsi ilə kifayətlənilir.
Ona görə də ictimai asayişin, təhlükəsizliyin təmini ilə paralel insanların sağlamlıqlarının qeydinə qalan, onları koronavirus kimi bir bəladan qoruyan polis əməkdaşlarının qınanılmasını ən azından qeyri-obyektiv bir yanaşma tərzi hesab edirəm. Mən bir daha vətəndaşlarımızı Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərarları anlayışla qarşılamağa, onlara riayət etməyə dəvət edirəm.
O qərarlardan irəli gələn tələb və qadağalar bizim hər birimizin sağlamlığı naminə qəbul edilib. Öz sağlamlıqlarını riskə qoyaraq vətəndaşlarımızı bu qorxunc xəstəlikdən qoruyan polis əməkdaşlarını əsassız olaraq qınamaqdansa, gəlin qaydalara hamılıqla riayət edək.
Yeri gəlmişkən COVID-19 ilə əlaqədar tətbiq edilən bütün qayda və qadağaları anlayışla qarşılayıb onlara riayət edən hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk”.
Rusiya sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk edir
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir
Sabah Bakıda 26° isti olacaq
Bakı-Dubay reysi ilə uçan AZAL-ın təyyarəsi yarıyoldan qayıdıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib
Bu gün Xaçmaza elektrik enerjisi verilməyəcək-Səbəbi?
Portuqaliya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub
Hadı Rəcəbli vəfat edib
Paytaxtda avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs saxlanılıb
Tovuz istiqamətində kəşfiyyat uçuşu edən kvadrokopter zərərsizləşdirilib
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır-XİN
Qırğızıstan "TikTok"u qadağan edir
İlham Əliyev AQFETM-in baş katibini qəbul edib
Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Azərbaycan nefti 93,06 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq
Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib
Bir sıra ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyulub
Aleksandar Vuçiç dəstək üçün İlham Əliyevə zəng edib
Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək
Bakıda güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etdi-30 sutka həbs olundu