logo

Zaqatalada ər əvvəlcə arvadını, sonra da özünü öldürü

11:11 17-04-2022 | icon 11753
Zaqatalada ər əvvəlcə arvadını, sonra da özünü öldürü

Zaqatala rayonunda dəhşətli qətl hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Zaqatala rayon Prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, hadisə rayonun Çardaxlar kəndində qeydə alınıb.

"Aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılan ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

Hazırda cinayət işi üzrə istintaq davam edir",-deyə məlumatda qeyd edilib.