logo

Azərbaycanda zəlzələ olub

09:30 17-04-2022 | icon 6006
Azərbaycanda zəlzələ olub

Aprelin 17-də Mingəçevir seysmoloji stansiyasından 6 km qərbdə - Mingəçevir rayonunda zəlzələ baş verib. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 05:05-də qeydə alınan zəlzələnin ocağı 26 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3,3-ə bərabər olub.