logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 836 min nəfəri ötür

17:33 16-04-2022 | icon 3395
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 836 min nəfəri ötür

Aprelin 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 7 min 85 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 535, ikinci doza vaksinlərin sayı - 560, üç və daha çox doza vaksinlərin sayı – 5 min 538, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 452-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 589 min 438, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 334 min 34, ikinci mərhələ üzrə 4 milyon 836 min 19, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 183 min 237, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 236 min 148-dir.