logo

Azərbaycanda daha 14 nəfər koronavirusa yoluxub

16:44 16-04-2022 | icon 3136
Azərbaycanda daha 14 nəfər koronavirusa yoluxub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 14 yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,indiyədək ölkədə ümumilikdə 792 min 349 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 506 nəfər müalicə olunaraq sağalıb, 9 min 705 nəfər vəfat edib. Aktiv xəstə sayı 138 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 776, bu günə qədər isə ümumilikdə 6 milyon 766 min 600 test icra olunub.