logo

Siyəzəndə su kanalında batan şəxsin meyiti tapılıb

22:52 15-04-2022 | icon 1652
Siyəzəndə su kanalında batan şəxsin meyiti tapılıb

Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1989-cu il Müzəffərov Sənan Abdul oğlunun axtarışları başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

S.Müzəffərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 30 km aralıda tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.