logo

Ağcabədidə “Mercedes” yolu keçən  piyadanı vurub öldürüb

15:55 15-04-2022 | icon 11410
Ağcabədidə “Mercedes” yolu keçən  piyadanı vurub öldürüb

Ağcabədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, aprelin 14-ü saat 22 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində rayon sakini Ə.Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Elnur Quliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.