logo

Azərbaycanda əhalinin sayı 10 milyon 164 min nəfəri ötüb

13:53 15-04-2022 | icon 1442
Azərbaycanda əhalinin sayı 10 milyon 164 min nəfəri ötüb

İlin əvvəlindən ölkə əhalisinin sayı 8 min 98 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 164 min 464 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini isə kənd sakinləri təşkil edib, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Bildirilir ki, əhalinin bir kvadratkilometrə düşən sayı 117 nəfər təşkil edib.