logo

Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

16:35 14-04-2022 | icon 2884
Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 15 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 440 nəfər müalicə olunaraq sağalıb, 9 min 705 nəfər vəfat edib. Aktiv xəstə sayı 175 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 8, bu günə qədər isə ümumilikdə 6 milyon 759 min 211 test icra olunub.