logo

“Cənub.az” saytının rəhbəri həbs edilib

12:12 14-04-2022 | icon 2464
“Cənub.az” saytının rəhbəri həbs edilib

Masallı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon icra hakimiyyətinin Sığdaş kənd ərazi dairəsi üzrə nümayəndəsi İ.Əliyev aprelin 13-də “Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun onun övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyib 1500 manat məbləğində pul almasını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşdan hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Z.Əmənov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.