logo

Qaxın Sarıbaş kəndində qar örtüyünün hündürlüyü 17 sm-ə çatır

11:55 14-04-2022 | icon 5901
Qaxın Sarıbaş kəndində qar örtüyünün hündürlüyü 17 sm-ə çatır

Milli Hidrometeorologiya Xidmətinin aprelin 14-ü saat 11:00-a olan məlumatına əsasən, bəzi şimal və qərb rayonlarında hava şəraiti yağıntılı olub, Sarıbaşda (Qax) 23, Daşkəsəndə 9, Kişçayda (Şəki) 8, Göygöldə 5, Gədəbəydə 2 millimetr qar yağıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, qar örtüyünün hündürlüyü Sarıbaşda 17, Daşkəsəndə 15, Göygöldə 4 santimetr olub.

Şəkidə 10, Tovuzda 6, Balakən, Zaqatalada 5, Ağstafa, Naftalanda 3, Gədəbəy, Gəncədə 2, Şəmkir, Ceyrançöl, Ağdam, Oğuz, Tərtər, Qəbələ, Mingəçevir, Yevlax, Şahdağda 1 millimetrədək yağış yağıb.

Aprelin 13-ü gün ərzində şimal-qərb küləyinin sürəti Ağdamda saniyədə 22, digər rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında 15-20 metr təşkil edib.

Aprelin 14-də gün ərzində mülayim cənub-şərq küləyi əsəcək, aprelin 15-16-da isə arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Qeyd edək ki, ayrı-ayrı bölgələr üzrə gündəlik, həftəlik hava proqnozları, həmçinin gözlənilən, faktiki hava şəraiti ilə bağlı daha ətraflı məlumatları meteo.az saytından əldə edə bilərsiniz.