logo

Bakıda “Kalaşnikov” avtomatını satmaq istəyən şəxs saxlanılıb

09:59 14-04-2022 | icon 1106
Bakıda “Kalaşnikov” avtomatını satmaq istəyən şəxs saxlanılıb

Bakı şəhər Polis İdarəsinin cinayət axtarışı idarəsi və 12-ci polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonunun Ramana qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, idarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Aqil Abbasovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki idman çantasına baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkarlanaraq götürülüb. A.Abbasov odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə gizlətdiyini bildirib.

Faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.