logo

Bakı metrosunda qatarda nasazlıq yaranıb

19:49 13-04-2022 | icon 1358
Bakı metrosunda qatarda nasazlıq yaranıb

Bakı metrosunda "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "İnşaatçılar" stansiyasında dayanarkən vaqonun bir qapısında nasazlıq yaranıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Xəbərə görə, qaydalara uyğun olaraq, sərnişinlər düşürülüb, əvəzinə ehtiyat qatar xəttə buraxılıb.