logo

Ağacları kəsən şirkət cəzalandırılıb

18:50 13-04-2022 | icon 1246
Ağacları kəsən şirkət cəzalandırılıb

Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Mədən və Kərəm İsmayılov küçələrinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

YeniAvropa xəbər verir ki, bu barədə xidmətin rəsmisi Vaqif Cavadov məlumat verib. 

O qeyd edib ki, araşdırma zamanı ağacların həmin ərazidə tikinti işləri aparan "S and N" MTK tərəfindən kəsildiyi və təbiətə 4500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: "Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib".