logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 834 min nəfəri ötür

18:13 13-04-2022 | icon 3129
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 834 min nəfəri ötür

Aprelin 13-də Azərbaycanda yeni növ koronavirus(COVID-19) infeksiyası əleyhinə 8 min 233 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 582, ikinci doza vaksinlərin sayı - 677, üç və daha çox doza vaksinlərin sayı – 6 min 498, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 476-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 567 min 201, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 332 min 288, ikinci mərhələ üzrə 4 milyon 834 min 400, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 165 min 753, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 234 min 760-dır.