logo

Azərbaycanda elektron resept sisteminin tətbiqinə başlanılıb

18:18 12-04-2022 | icon 3017
Azərbaycanda elektron resept sisteminin tətbiqinə başlanılıb

Yaxın vaxtlarda Azərbaycanda elektron resept sisteminin tətbiqi planlaşdırılır. Yeni sistem kağız dövriyyəsini azaldacaq, bununla yanaşı həkimlər xəstələrə elektronlaşdırılmış və sürətli şəkildə xidmət göstərəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Kəbutər Mövsümlü məlumat verib.

Onun sözlərinə görə, yeni sistem Bakı şəhər Narkoloji Dispanserində tətbiq olunub və hazırda bütün narkoloji tibb xidməti göstərən müəssisələrdə onun tətbiqinə başlanılıb.

"Vətəndaşlar fərdi identifikasiya nömrəsinə əsasən elektron resept əldə edəcəklər. Həmin reseptin nömrəsini və yaxud şəxsiyyət vəsiqəsini əczaçılıq müəssisəsinə təqdim edərək tələb olunan dərman preparatlarını əldə edə biləcəklər”,-deyə o, bildirib. 

Elektron resept tətbiq edildikdən sonra bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası təmin ediləcək. Bundan başqa sistemin tətbiqi proseslərin izlənilməsinə, daha səmərəli şəkildə idarə olunmasına şərait yaradacaq.