logo

Avropa kubokunda Azərbaycan 10 cüdoçu ilə təmsil olunacaq

14:54 07-04-2022 | icon 4172
Avropa kubokunda Azərbaycan 10 cüdoçu ilə təmsil olunacaq

Aprelin 23-24-də Xorvatiyanın Dobrovnik şəhərində cüdo üzrə Avropa kuboku yarışı keçiriləcək.

YeniAvropa  Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycanın 10 cüdoçusunun iştirakı planlaşdırılır.

Belə ki, Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (66 kq), Nəriman Mirzəyev (73 kq), Zelim Tçkayev, Hasil Cəfərov (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Turnirdə iştirak etmək üçün 17 ölkədən 170 cüdoçu qeydiyyatdan keçib.