logo

Bu gün UEFA Avropa Liqasında 1/4  final oyunlarına start veriləcək

11:11 07-04-2022 | icon 2954
Bu gün UEFA Avropa Liqasında 1/4  final oyunlarına start veriləcək

Bu gün futbol üzrə UEFA Avropa Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin ilk oyunlarına start veriləcək.

 YeniAvropa xəbər verir ki, mərhələnin bütün oyunları bir gündə baş tutacaq.

Gecənin ilk matçı Almaniyada "Leyptsiq" və "Atalanta" (İtaliya) klubları arasında olacaq. İspaniyanın "Barselona" klubu isə sözügedən ölkədə "Ayntraxt"ın qonağı olacaq.

Mərhələnin bütün görüşləri aşağıdakılardır:

"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya);

"Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya);

"Vest Hem Yunayted" (İngiltərə) - "Lion" (Fransa);

"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya).

Qeyd edək ki, cavab görüşləri aprelin 14-də oynanılacaq.

file.-1-4