logo

Avropanın bəzi ölkələrində peyvəndlənmə apteklərdə də aparılacaq

20:50 06-04-2022 | icon 2821
Avropanın bəzi ölkələrində peyvəndlənmə apteklərdə də aparılacaq

Şərqi Avropanın bəzi ölkələri əhalinin stomatoloji kabinetlərdə və apteklərdə koronavirus əleyhinə peyvəndlənməsinin qanunvericilik çərçivəsində rəsmiləşdirilməsini nəzərdən keçirir.

YeniAvropa xəbər verir ki, Macarıstan və Çexiya parlamentləri ictimai sağlamlığın mühafizəsi barədə müvafiq qanunlarında dəyişiklikləri artıq birinci oxunuşda bəyənib. Təşəbbüsə görə, tibb xidmətləri göstərən bütün müəssisələr vaksinləməni həyata keçirə bilər.

Deputatlar payızda COVID-19 virusunun yeni dalğasının baş qaldıracağı mümkün olan vaxtda düzəlişləri qəbul etmək niyyətindədirlər. Bu addım qəfildən növbəti kütləvi peyvəndlənmə lazım olduğu təqdirdə məsələni asanlaşdırmaq məqsədi daşıyır. Klinikaların üzərinə düşən yükü bu yolla aradan qaldırmaq mümkün ola bilər.