logo

Boksçularımız Avropa çempionatına yollanırlar

12:32 06-04-2022 | icon 2359
Boksçularımız Avropa çempionatına yollanırlar

Azərbaycanın gənc boksçulardan ibarət yığma komandası Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa birinciliyində iştirak edəcək.

YeniAvropa xəbər verir ki, komandamız aprelin 13-22-də baş tutacaq yarışda tam heyətlə təmsil olunacaq.

Qeyd edək ki, boksçularımız hazırda Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirirlər. Baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında keçirilən hazırlıqda əsas diqqət taktiki və fərdi çalışmalara yönəlib.

Avropa birinciliyi ərəfəsində təşkil olunan toplanışın son mərhələsi aprelin 10-dək davam edəcək. Gündə 2 dəfə məşq edən komanda birgə hazırlaşdığı Türkiyə və Əlcəzair milliləri ilə sınaq görüşləri də keçirir. Bu da boksçuların hansı formada olması və üzə çıxacaq səhvlərin aradan qaldırılmasına hesablanıb. Komandamız yarışda iştirak etmək üçün aprelin 11-də Türkiyədən Sofiyaya yola düşəcək.