logo

Rusiya Futbol İttifaqı FIFA və UEFA-ya qarşı iddialardan birini geri götürüb

23:12 05-04-2022 | icon 4067
Rusiya Futbol İttifaqı FIFA və UEFA-ya qarşı iddialardan birini geri götürüb

Rusiya Futbol İttifaqı(RFS) FIFA və UEFA-ya qarşı İdman Arbitraj Məhkəməsindəki (CAS) iddialarından birini geri götürüb.

YeniAvropa RFS-in rəsmi saytına istinadən xəbər verir ki, buna CAS-ın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-off oyunlarının təxirə salınması ilə bağlı müraciəti təmin etməməsi səbəb olub. Nəticədə şikayət aktullağını itirib.

Lakin Rusiya millisinin FİFA və UEFA-nın bayrağı altında keçirilən beynəlxalq oyunlarda, o cümlədən dünya çempionatlarında iştirakına qoyulmuş qadağa ilə bağlı əsas tələblər hələ də qurumlara qarşı digər iddialarda öz əksini tapıb.