logo

Qazaxıstan-Azərbaycan matçı “Astana Arena”da baş tutacaq

19:14 05-04-2022 | icon 4522
Qazaxıstan-Azərbaycan matçı “Astana Arena”da baş tutacaq

UEFA Millətlər Liqasında futbol üzrə Azərbaycan millisinin rəqiblərindən olan Qazaxıstan yığmasının ev oyunlarını keçirəcəyi stadion məlum olub.

YeniAvropa xəbər verir ki, qarşılaşmalar Qazaxıstanın paytaxtı Nur-Sultandakı “Astana Arena”da oynanılacaq.

Görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd olunub ki, Qazaxıstan - Azərbaycan matçı iyunun 3-də keçiriləcək.