logo

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilir

12:52 05-04-2022 | icon 2247
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start verilir.

YeniAvropa  xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İspaniyanın “Atletiko Madrid” klubu İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. Matçı rumıniyalı hakim İştvan Kovaç idarə edəcək.

Meydan sahiblərinin heyətində Kayl Uoker və Ruben Diaş cəzalı olduğu üçün meydana çıxmayacaqlar. Qonaqlardan isə Xose Mariya Ximenes zədə, Yannik Karrasko cəza səbəbindən oyunu buraxacaqlar.

Gecənin digər matçında Portuqaliyanın “Benfika” klubu öz meydanında İngiltərənin “Liverpul” komandasını qəbul edəcək. Qarşılaşmanın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.

Oyun öncəsi komandaların heyətində ciddi itkilər yoxdur. Sadəcə, Mersissayd təmsilçisində Körtis Cons və Nabi Keytanın oynayıb-oynamayacaqları sual altındadır.

0-1-03