logo

Avropa çempionu olan yunan-Roma güləş millimiz Vətənə qayıdıb

09:29 05-04-2022 | icon 2044
Avropa çempionu olan yunan-Roma güləş millimiz Vətənə qayıdıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən çempionatda ümumi hesabda və medal sayına görə Avropa çempionatı olan Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Vətənə qayıdıb.

YeniAvropa xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, ictimaiyyət nümayəndələri, media mənsubları, güləşçilərin yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Budapeştdə başa çatan Avropa çempionatında ümumi hesabda 165 xalla 1-ci yeri tutub. 

Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yerdi qərarlaşıb. 

Bundan başqa, Azərbaycan yığması medal sayında da hamını üstələyib. Avropa çempionatında 8 medal qazanan komandanı Türkiyə 7, Gürcüstan 5 medalla təqib edib. 

Medal əyarında isə 1-ci yeri 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan Türkiyə tutub. Azərbaycan millisi 2 qızıl, 1 gümüş, 5 bürünc medalla 2-ci, Gürcüstan 1 qızıl, 3 gümüş, 1 bürünc medalla 3-cü olub. 

Qeyd edək ki, yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb.