logo

Oğuzda meşə yanır

20:10 04-04-2022 | icon 12173
Oğuzda meşə yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən üç hektar sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.