logo

Paytaxtda çoxmərtəbəli yaşayış binasının yanğın olub

14:11 04-04-2022 | icon 10801
Paytaxtda çoxmərtəbəli yaşayış binasının yanğın olub

Paytaxtın Nərimanov rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən(FHN) YeniAvropa-ya bildirilib ki, rayonun Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan iki otaqlı mənzilin bir otağı 18 kvadratmetr sahədə və ev əşyaları yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Mənzil yanğından mühafizə olunub.