logo

Bakıda köşk və mebel sexi yanıb

09:29 04-04-2022 | icon 9996
Bakıda köşk və mebel sexi yanıb

Bakıda köşk və mebel sexində yanğın olub.

YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Binəqədi rayonunda ümumi sahəsi 64 m² olan istifadəyə yararsız vaqon tipli köşkün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 540 m² olan birmərtəbəli mebel sexinin taxtadan ibarət 1 ədəd pəncərə çərçivəsi yanıb.

Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.