logo

Bakının mərkəzində partlayış:1 nəfər ölüb, 31 nəfər yaralanıb-VİDEO

08:10 03-04-2022 | icon 12390
Bakının mərkəzində partlayış:1 nəfər ölüb, 31 nəfər yaralanıb-VİDEO

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə FHN-nin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub.

Ümumilikdə, ilkin məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır

 

 

 

 

 

 

 

"haqqin.az" partlayışla bağlı videogörüntü yürləşdirib: